Kimlər C vitamini qəbul edə bilməz?
8-04-2024, 12:54
C vitamini orqanizmin normal fəaliyyəti üçün vacib olsa da, çox olması onun sərbəst radikal kimi fəaliyyət göstərməsinə və insan toxumasına zərər verə bilər.
TNS xəbər verir ki, bu barədə dietoloq Yelena Solomatina bildirib.
Dietoloqun sözlərinə görə, həddindən artıq C vitamini qəbulu aterosklerozun pisləşməsinə və böyrək daşlarının əmələ gəlməsinə səbəb olur.
“Bundan əlavə, hamiləlik dövründə vitaminin çox olması dölə, qidalanma zamanı isə qadına və körpəyə zərər verə bilər. Buna görə də hamilə və südverən qadınların özbaşlarına C vitamini qəbul etmələri təhlükəlidir”,- Solomatina qeyd edib.
Daha əvvəl dietoloqun fikirləri palma yağının təhlükələri haqqındakı mifi dağıdıb: “O, bədəndəki yağların oksidləşməsinin qarşısını alan və demensiyanın inkişaf riskini azaldan E vitamini ilə zəngindir”.
Lakin həkim palma yağını qızdırmağı məsləhət görmür, çünki onun tərkibində 200 dərəcədən yuxarı temperaturda xərçəng əmələ gətirən maddələr əmələ gəlir.