Gün ərzində nə qədər şokolad yemək olar?

8-04-2024, 16:54           
Gün ərzində nə qədər şokolad yemək olar?
“Tünd şokolad vitamin və mikroelementlərlə zəngindir, lakin onun gündəlik olaraq istehlak edilməsi ağır ateroskleroz riskini artırır”.

Bu barədə Rusiyanın Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin Fundamental tibb fənləri kafedrasının müəllimi Aleksandr Umnov danışıb.

Şokoladın tərkibində dəmir, fosfor, manqan, sink və polifenollar var - onlar toxumaların oksigenlə təminatını, yaraların sağalmasını, dırnaqların, saçların və sümüklərin böyüməsini yaxşılaşdırır. Bununla belə, şokoladda həddindən artıq şəkər və yağ ağır ateroskleroz, diabet və piylənmə riskini artırır.

Umnov hesab edir ki, şokoladlı konfetlər xüsusilə təhlükəlidir.

“Gündəlik 40 qram tünd şokolad və 20 qram südlü şokolad istehlak etmək nisbətən daha təhlükəsizdir”, - deyə həkim yekunlaşdırıb.

Mənbə: iz.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.