Bu qan qrupundan olan qadınlar ən ağıllı və gözəl uşaqları dünyaya gətirir
8-04-2024, 13:07
Pakistanın Sind Dövlət Tibb Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, ən ağıllı və ən gözəl uşaqlar birinci qan qrupu olan qadınlar tərəfindən doğulur. Qaynarinfo xəbər verir ki, alimlərin araşdırması "National Journal of Health Sciences" (NJHsciences) jurnalında dərc olunub. Uşağın qabiliyyətlərinin təxminən 70%-i anadan ötürülür və onlar əsasən qadının qan qrupu ilə müəyyən edilir. Beləliklə, IV qan qrupu olan anaların övladları idmanda uğur qazanmağa və sağlamlığa meyllidirlər. Üçüncü qan qrupu olan qadınların uşaqları adətən başqalarına nisbətən yaradıcılığa, ikinci qan qrupu olan anaların uşaqları isə tənqidi düşüncəyə meyllidirlər. Əgər valideyndə birinci qan qrupu varsa, o zaman övladının intellekt səviyyəsi yüksək olacaq və başqaları da onları daha çox bəyənəcək - onlar cinsi cəlbediciliyi ilə seçilirlər. "Birinci qan qrupu olan qadınların hamilə qalması fizioloji cəhətdən daha çətindir, çünki digər qrupların sahibləri ilə müqayisədə onların yumurta sayı və keyfiyyəti daha azdır, buna görə də daha keyfiyyətli embrionların təbii seçimi var", deyə elm adamları izah edib.