Bağırsaqlarda gizli təhlükə: "Gənclərdə də artıb"
8-04-2024, 11:47
Bağırsaq sağlamlığı bədənimizin ümumi sağlamlığında kritik rol oynayır. Lakin çox vaxt bu məsələ diqqətdən kənarda qalır. Son illərdə aparılan araşdırmalar göstərir ki, bağırsaq sağlamlığı immunitet sistemindən tutmuş əhval-ruhiyyəyə qədər bir çox aspektdə sağlamlığa böyük təsir göstərir. Bəs bağırsaq xərçəngindən qorunmağın ən təsirli yolu nədir?
KONKRET.az xəbər verir ki, türklərdə “Kolon xərçəngi” adlanan bu xəstəlik bütün dünyada çox rast gəlinən və sağlamlıq üçün ciddi risklər daşıyan bir xərçəng növüdür. Yoğun bağırsaq xərçəngi olaraq da bilinir. Xəstəlik dünyada üçüncü yerdədir və xərçəngdən ölümlərin sayı kifayət qədərdir.
Daxili Xəstəliklər və Qastroenterologiya mütəxəssisi Meltem Ergün vurğulayıb ki, müntəzəm müayinə və skrininqlərlə xəstəlikdən qorunmaq mümkündür. Professor bildirib ki, xəstəlik hər il artan dinamika ilə inkişaf edir. Gənc yaşlarda da kolon xərçənginə tutulma halları artıb.
Xüsusilə yaxın qohumlarında kolon xərçəngi olanlar daha erkən yaşda skrininqə başlamalıdır. Çünki genetik faktorlar kolon xərçənginin inkişafında mühüm risk faktorudur. Ailədə yoğun bağırsaq xərçəngi tarixi varsa, məsələn, ata 45 yaşında yoğun bağırsaq xərçəngi olubsa, övladın xəstəliyin yarandığı yaşdan 10 il çıxılaraq 35 yaşından skrininqə başlaması tövsiyə edilir. Çünki xərçəng poliplər əsasında inkişaf edir və polipin xərçəngə çevrilməsi prosesi 5-10 il çəkir.
Kolon xərçəngi həyati təhlükəsi olan bir xərçəng növü olsa da, erkən diaqnoz qoyulduqda müalicədən qənaətbəxş nəticələr əldə etmək olar. Təbii ki, ən vacib məsələ xəstəliyin baş verməmişdən qabaq qarşısını almaqdır. Pasiyentlərin kolon xərçəngindən əvvəl polipləri tamamilə çıxararaq xərçəngə keçməsinin qarşısı alınır. Xərçəng baş vermiş olsa belə, onu erkən mərhələdə müalicə etmək təcrübəli həkimlər tərəfindən mümkün hesab edilir. Erkən müəyyən edildikdə kolonoskopiya ilə zədəni tamamilə çıxarmaq mümkündür. Kolon xərçəngi dünyada çox yayılıb. Bu xəstəlik artıq 40 yaşdan yuxarı hər kəsdə ola bilər.
Diaqnoz üçün nə etmək lazımdır?
Bağırsaqlardakı poliplər kolonoskopiya ilə çıxarılarsa, kolon xərçəngi ehtimalı aradan qaldırılır. Heç bir risk faktorunuz olmasa belə, kolonoskopik müayinələrə 45 yaşında başlamalısınız. Müayinə üçün ideal üsul qızıl standart kolonoskopiyadır. Yoğun bağırsaq xərçənginin müayinəsi üçün istifadə edilən “nəcisdə gizli qan” kimi bəzi testlər olsa da, qəti nəticəni yalnız kolonoskopiya verir. Məsələn, nəcisdə gizli qan testinin nəticəsi müsbət olarsa, kolonoskopiya mütləqdir. Nəcisdə gizli qan testi mənfi olarsa (hər 3 nəcis nümunəsində mənfi olmalıdır), bu hələ də təhlükəsiz ərazidə olduğumuza zəmanət deyil.
Çox həssas test olmaması poliplərdə dəqiqliyin aşağı səviyyəsi ilə ölçülür. İnsanlar vaxtaşırı sağlamlıq müayinəsindən keçib heç bir problem görməyəndə “qan analizlərim təmizdir, bağırsaqlarım çox nizamlıdır, niyə kolonoskopiya etdirməliyəm” deyirlər. Ancaq bağırsaqdakı poliplər simptomlara səbəb olmur. Yoğun bağırsaqların sağlam olub-olmadığını müəyyən etməyin yeganə yolu kolonoskopiyadır. Kolonoskopiyanız ləkəsizdirsə və heç bir polip və ya lezyon yoxdursa, sizə 10 illik zəmanət verilir. Ancaq yaxşı olardı ki, bu prosedur yaxşı standartlara uyğun aparılsın, bağırsağın təmizlənməsi tam təmin edilsin və qastroenteroloq tərəfindən həyata keçirilsin”.
Hazırladı: Rəsmiyyə Şərifova,