Azərbaycan Ermənistanın təxribatlarına necə cavab verəcək?

10-04-2024, 10:34           
Azərbaycan Ermənistanın təxribatlarına necə cavab verəcək?
- Yaxın günlərdə Ermənistanın Azərbaycanla şərti sərhədin digər istiqamətlərinə də atəş açacağı istisna deyil.
- Belə təxribatlarla üzləşən Azərbaycan müdafiə alətlərini işə salıb mövqelərinə qarşı davamlı atış nöqtələrini susdurmaq hüququna malikdir.
- Azərbaycan onu təxribata çəkən addımlarla real ölçülü cavab tədbirlərinin sərhədlərini ayırmağı məqbul sayır,
- Bu, Azərbaycanın konkret və strateji hədəfləri miqyasındakı mövqelərini bir daha dəqiqləşdirməyə imkan verir.
- Dəqiqləşdirmələr Azərbaycanın Ermənistanla münasibətlərini normallaşdırmaq üçün səylərinin şaxələndirilmiş regional rejimini müəyyənləşdirəcək.
- İrəvanın təxribatları zamanı yarana biləcək mümkün genişmiqyaslı eskalasiya riski zamanı belə, Azərbaycan Ermənistan ərazisindəki hərbi hədəfləri sıradan çıxarmaq qabiliyyətini daha yüksək səviyyədə nümayiş etdirəcək,
-Buna görə də Ermənistanın onu şirnikləndirən hansısa qida mənbəsinə arxalanıb hərəkət etməsinin əhəmiyyəti yoxdur.
- Azərbaycanın risk ssenarisində potensial olaraq daha böyük hərbi və geosiyasi nəticələr ortaya qoyacağı şübhə doğura bilməz.
Deməli, Azərbaycanla sülh müqaviləsini imzalamaqla hərbi təxribatlar törətmək arasında tərəddüd edən Ermənistan hansısa vədlərin onu qoruya bilməyəcəyini anlamalıdır.
Çünki Ermənistanın baş verə biləcək hadisələrə vaxtında müdaxilə üçün müstəqil ideyası da yoxdur.
Aqşin Kərimov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.