ABŞ-nin Ukraynaya saniyədə nə qədər pul xərclədiyi məlum oldu - ŞOK RƏQƏM

10-04-2024, 12:04           
ABŞ-nin Ukraynaya saniyədə nə qədər pul xərclədiyi məlum oldu - ŞOK RƏQƏM
Hazırda ABŞ Ukraynaya hər saniyə təxminən 80 min dollar xərcləyir.

Bu məlumatı ABŞ Senatının üzvü Tommi Tubervil (Respublikaçı, Alabama ştatından) təqdim edib.

Onun qiymətləndirməsinə görə, Vaşinqton bu səviyyədə xərcləri ödəyə bilməz və ölkənin vergi ödəyicilərinin pullarını xərcləmək üçün daha yaxşı yollar tapmalıdır.

“Hazırda biz “Ukraynada saniyədə 80 min dollar yandırırıq. Dəqiqədə 4,6 milyon dollar. Biz bu xərcləmə sürətini daha saxlaya bilmərik. Pulumuzu xərcləmək üçün daha yaxşı yollar tapmalıyıq”, - Tabervil Konqres Senatının Silahlı Qüvvələr Komitəsində Pentaqonun məsələsinə baxılmasına həsr olunmuş dinləmələrdə çıxış edərkən bəyan edib.
O bildirib ki, ABŞ 2014-cü ildən bəri Ukraynaya 300 milyard dollar xərcləyib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru