Ketogenik pəhrizin yeni faydaları ortaya çıxdı

11-04-2024, 10:08           
Ketogenik pəhrizin yeni faydaları ortaya çıxdı
Stanford Tibb Universitetinin alimləri ketogenik pəhrizin yeni faydasını kəşf ediblər. “Psychiatry Research” jurnalında dərc olunan araşdırmaya görə, o, ciddi psixi xəstəlikləri olan insanların vəziyyətini yaxşılaşdıra bilər.Mütəxəssislər şizofreniya və ya bipolyar pozğunluq diaqnozu qoyulmuş 21 xəstə haqqında məlumatları təhlil ediblər. Onlar antipsikotik dərmanlar qəbul edirdilər və çəki artımı, insulin müqaviməti, hipertrigliseridemiya, dislipidemiya və ya pozulmuş qlükoza tolerantlığı kimi metabolik anormallıqlara malik idilər.Tədqiqat iştirakçılarına kalorilərin təxminən 10 faizi karbohidratlardan, 30 faizi zülallardan və 60 faizi yağlardan gələn ketogenik pəhrizə riayət etmək tövsiyə olunub. Tədqiqatçılar həftəlik qan keton səviyyələrini ölçməklə iştirakçıların pəhrizə nə qədər yaxşı əməl etdiyini izləyiblər. Tədqiqatın sonunda 14 xəstə tam uyğunluq, 6 xəstə qismən uyğunluq və yalnız 1 xəstə uyğunlaşmama nümayiş etdirib.Dörd ay ketogenik pəhrizdən sonra iştirakçılar bədən çəkisinin 10 faizini itirib, bel ətrafı 11 faiz azaldı, qan təzyiqi, bədən kütləsi indeksi, trigliseridlər, qan şəkəri səviyyələri və insulin müqaviməti də aşağı düşüb.Orta hesabla, könüllülərin psixi sağlamlıq göstəriciləri 31 faiz yaxşılaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.