Yediyimiz yumurtalar sünidir, yoxsa?..

11-04-2024, 09:58           
Yediyimiz yumurtalar sünidir, yoxsa?..
Toyuq yumurtalarının qiymətinin daha da bahalaşması fonunda qlobal bazarlarda süni yumurtaların satışı artmaqda davam edir.Görəsən sağlam və təbii qidanı çıraqla axtardığımız bir dövrdə belə süni qida söhbətlərinin gündəmə gəlməsi nələrə səbəb ola bilər? Bu kimi qidaların insan orqanizminə hansı zərərləri var?Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında qeyd etdi ki, bu gün dünyada ət və digər qidaları süni formada istehsal edə bilirlər: “Bunlar bəzən aclığa çarə, yenilik adlandırılsa da, onların insan orqanizminə heç bir xeyri yoxdur. Çünki mütləq şəkildə əksəriyyətinin tərkibinə lazımi formaya düşməsi, dadının eyni olması üçün kimyəvi qatqı maddələri vurulur. Bir insan orqanizminin sağlam olması üçün mütləq gün ərzində 70-ə qədər makro və mikro elementlər qəbul etməlidir. Bu elementlər isə təbii qidaların tərkibində mövcuddur.DİQƏƏT: Forması oval yox, yumru, qabığı daha bərk, sarısı isə...Əgər bu gün süni yumurtalardan bəhs edilirsə, bu məhsullar artıq bir çox Asiya ölkələrində satışda mövcuddur. Lakin bu məhsullar heç də ənənəvi yumurta ilə eyni tərkibə malik deyil. Təbii yumurtada 40-dan çox xeyirli element var. Eyni zamanda zülal tərkiblidir, bir çox vitamin və mineralla zəngindir. Süni yumurtaları necə seçməli olduğumuz məsələsi isə hələ də sual altındadır. Çünki bəzən bunları təbii məhsuldan seçmək çətindir. Lakin diqqət edilməli ümumi məqamlara gəldikdə deyə bilərik ki, süni yumurtanın ölçüsü daha böyük, forması oval yox, yumru, qabığı daha bərk, sarısı isə daha süni rəngdə olur. Eyni zamanda, belə yumurtalar sındırıldıqda dərman qoxusu gəlir. Bu da onu təbiidən fərqləndirən əsas xüsusiyyətlərdəndir. Hətta bəzən süni yumurtaların dadını ənənəvi ilə çox oxşar edə bilirlər. Lakin belə qidaların satılması istehlakçı hüquqlarının pozulmasıdır. Süni qidalar bu xəstəlikləri yaradır Üstəlik bu qidalar insan orqanizminə çox zərər verir. Belə ki, bu yumurtaların tərkibində istifadə edilən kimyəvi qatqı maddələri insan orqanizmində allergik reaksiyalara, həzm sistemində pozulmalara səbəb olur. Həmçinin bir çox məhsulların geni dəyişdirilərək hazırlanması xüsusilə gənclərdə və yeniyetmələrdə cinsi funksiyanın pozulmasına və gələcəkdə onlardan dünyaya gələn uşaqların genetikasının korlanmasına səbəb olur. Bu gün autizm, daun sindromlu xəstəliklər, erkən yaşda Altsheymer, aqressivlik kimi hallar gündən-günə artmaqdadır. Belə xəstəliklərin meydana çıxmasının ən böyük səbəbi süni qidalardan qaynaqlanır və əksəriyyətinin müalicəsi mümkün olmur. Ona görə də yaxşı olar ki, mənşəyi bəlli olan təbii qidalardan istifadə edilsin. Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, bu ərazi hər bir təbii qidanın yetişdirilməsi üçün əlçatandır. Ona görə də elektronika məhsullarında, geyimdə keyfiyyət axtardığımız kimi, mütləq şəkildə qidalarımızda da buna önəm verməliyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.