Alimlərdən şəkər xəstələrini insulindən ömürlük xilas edəcək təcrübə

11-04-2024, 16:14           
Alimlərdən şəkər xəstələrini insulindən ömürlük xilas edəcək təcrübə
Yaponiyalı alimlər gələn il şəkər xəstələrinin insulin problemini ömürlük həll edəcək unikal əməliyyat keçirməyi planlaşdırırlar. Belə ki, onlar hormon istehsal edən mədəaltı vəz hüceyrələrini donuzlardan insanlara köçürməyə hazırlaşırlar.

Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Bildirilir ki, əməliyyatı Yaponiya Milli Beynəlxalq Tibb Mərkəzinin mütəxəssislərinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu həyata keçirəcək.

Nəşrin məlumatına görə, qanda şəkərin səviyyəsinin tənzimlənməsinə cavabdeh olan və “Langerhans adacıqları” kimi tanınan bu hüceyrələr 1-ci tip şəkərli diabet xəstəsinə köçürüləcək. Alimlər ümid edirlər ki, bu, xəstənin insulin inyeksiyasına ehtiyacını əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək.
Transplantasiya edilmiş “Langerhans adacıqları”nın orqanizm tərəfindən rədd edilməsinin qarşısını almaq üçün bu hüceyrələr 0,5-1 mm diametrli xüsusi kapsullara yerləşdiriləcək. Şəkər səviyyəsi yüksəldikdə kapsulun kiçik deşiklərindən insan qanına insulin daxil olacaq.

Xatırladaq ki, bu il Yaponiya müvəffəqiyyətlə geni dəyişdirilmiş donuz yetişdirib. Onun orqanları gələcəkdə orqanizm tərəfindən rədd edilmədən köçürülə bilər.

Həmçinin, cərrahlar dünyada ilk dəfə donuz böyrəyini canlı xəstəyə uğurla köçürüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru