Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etmələri haqqında

18-04-2024, 12:44           
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etmələri haqqında
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etmələri haqqında
- Sülhməramlı kontingent heç bir halda gizli bir statusla və ya işğalçı niyyətlə Qarabağa yerləşdirilməmişdi,
- Sülhməramlı missiya Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinin səyi və təkidləri ilə regionda sülhyaratmanın bir mexanizmi kimi fəaliyyət göstərdi,
- Azərbaycan dövlət olaraq elə bir mexanizm qurdu ki, zaman keçdikcə, sülhməramlıların əməliyyat modeli daraldı. Bu, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatları ilə özünün pik nöqtəsinə çatdı,
- Regionda separatizm məhvə məhkum oldu, üstəlik ermənilər öz istəyi ilə Qarabağı tərk edib getdilər. Beləliklə, sülhməramlıların əməliyyat şəraiti əhəmiyyətli şəkildə dar bir nöqtəyə sıxıldı,
- Bundan sonra Azərbaycanla Rusiya arasında sülhməramlıların mandatına dair danışıqların getdiyini duymaq çətin deyildi,
- Amma ortada açıq qalan məsələlər var idi, böyük ehtimalla Kreml sülhməramlıların qalıcılığını təmin etmək üçün alternativ variantlar düşünürdü,
- Ancaq ortada adi bir texniki nəticə var: Sülhməramlıların xidməti fəaliyyəti üçün əsas qalmayıb,
- Qlobal güc mərkəzlərinin mübarizəsi fonunda isə Azərbaycanın Rusiya qoşunlarının çıxarılmasına nail olması böyük hadisədir,
- Şübhəsiz ki, sülhməramlıların regiondan getməsi Azərbaycanın postmüharibə dövründə yeni reallıqlar yarada bilmək qabiliyyətini gücləndirəcək.
Aqşin Kərimov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru