Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb
24-04-2024, 00:10
Vermont Universitetinin tədqiqatçıları iqlim dəyişikliyinə müqavimətdə mühüm rol oynayan bəzi meşələr haqqında maraqlı kəşf ediblər.
AZƏRTAC “Knowridge” saytına istinadla xəbər verir ki, tədqiqatçıların “Ecology and Evolution” jurnalında dərc olunmuş tapıntıları bəzi dağ meşələrində “soyuq havanın birləşməsi” kimi tanınan bir fenomen yaşandığını bildirir. Belə ki, yüksəklikdəki soyuq hava isti dərələrə axır və adi vəziyyətin əksinə olaraq, aşağıda daha sərin mühit yaradır. Bu qeyri-adi temperatur modeli yuxarıya deyil, aşağıya doğru getdikcə daha da soyuyur və alimlərin “bitki örtüyünün inversiyaları” adlandırdıqları vəziyyətə gətirib çıxarır.
Vermont Universitetinin rofessoru və tədqiqatın həmmüəllifi Karol Adayir bu kəşfin meşə idarəçiliyi üçün həyati əhəmiyyət kəsb etdiyini, qlobal istiləşməyə qarşı cıxdığını vurğulayır.
Tədqiqatçılar iki il ərzində ağac növlərini müşahidə etmək və temperaturu izləmək üçün İngiltərədə üç meşə sahəsinə diqqət yetiriblər. Komanda soyuq havanın yığılmasının tez-tez, gün ərzində və bütün il boyu baş verdiyini üzə çıxarıb. Bu fenomen xüsusən hündürlüyün minimal dəyişiklikləri olan ərazilərdə özünü göstərib.
Araşdırma müəllifləri belə sərin ərazilərin planet istiləşdikcə soyuğa uyğunlaşan növlərin qorunması üçün mühüm sığınacaq ola biləcəyini söyləyirlər. Tədqiqatlar göstərir ki, həmin meşələr həm də torpağı nəm saxlamaq potensialı baxımından əhəmiyyətlidir.
Bu tədqiqat ekologiya elmində yeni addım sayılır. Belə ki, unikal meşələr soyuğa uyğunlaşan növlərin istiləşən dünyada qalmasına kömək edə bilər.