OMON-çuların adı əfv siyahısında? - “Son iclasda onlara...”

24-04-2024, 19:30           
OMON-çuların adı əfv siyahısında? - “Son iclasda onlara...”
Hər il xüsusilə əlamətdar günlərdə ölkə Prezidenti tərəfindən əfv sərəncamı imzalanır.

Qarşıdakı bayram günlərində də növbəti əfv sərəncamının imzalanacağı bildirilir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Fazil Mustafa qarşıdakı dövrdə amnistiya deyil, əfv olacağını bildirmişdi.

Əfv Məsələləri Komissiyasına həbsdə olan məşhurlardan müraciət daxil olubmu?

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid “Cebhe.info”-ya bildirib ki, artıq 3 iclas keçirilib:

“Əfv Komissiyasına müraciət fərdidir. Yəni şəxsin həbsdə olan müddətinin yarısı keçibsə, imkan yaranır ki, əfvə düşsün. Müraciətlərin içərisindən 700-dən artığı qəbul olunub və hər müraciətə də fərdi olaraq baxılır. Bundan sonra da yəqin ki, daha bir neçə iclas keçiriləcək. Yekun nəticələr də cənab Prezidentə təqdim olunacaq. Çox güman ki, 28 may tarixində əfv sərəncamı imzalanacaq. Siyahıda məşhurların adı da hərdən qarşımıza çıxır. Hələ ki, icra hakimiyyyətində çalışanlardan kiminsə adı müzakirəyə çıxmayıb”.

O bildirib ki, komissiya indiyədək ağır cinayətlər, ölüm işlərinə baxıb:

“Yəqin ki, növbəti iclaslarda tanınmış adamlar da olacaq. Köhnə OMON-çulardan bəzən ömürlük həbsdə olanların müraciətləri olur. Onlara da axırda baxılır. Əvvəlki illərdə də məşhur OMON-çular var idi. Ancaq indi müraciətləri olsa, axırıncı iclaslarda baxılacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.