Azərbaycan Türkiyəyə ən çox qaz ixrac edən 2-ci ölkə oldu

1-05-2024, 00:05           
Azərbaycan Türkiyəyə ən çox qaz ixrac edən 2-ci ölkə oldu
Türkiyə bu ilin fevral ayında Azərbaycandan 775 milyon 76 kubmetr təbii qaz idxal edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Enerji Bazarını Tənzimləmə Qurumunun fevral ayı üzrə “Təbii Qaz Bazarı Sektoru Hesabatı”nda deyilir.

Hesabat dövründə Türkiyənin ümumi təbii qaz idxalı 11,2% azalaraq 5 milyard 337 milyon 32 min kubmetrə enib.

İdxalın 3 milyard 675 milyon 80 min kubmetri boru kəmərləri, 1 milyard 661 milyon 52 min kubmetri isə mayeləşdirilmiş təbii qaz (LNG) vasitəsilə həyata keçirilib.

Fevral ayında ən çox təbii qaz idxalı 2 milyard 658 milyon 23 min kubmetrlə Rusiyadan olarkən, bu ölkəni 775 milyon 76 kubmetrlə Azərbaycan və 241 milyon 81 kubmetrlə İran izləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru