Mənzil Fonduna daxil olan mənzillər mənimsənilir? - AÇIQLAMA

2-05-2024, 09:34           
Mənzil Fonduna daxil olan mənzillər mənimsənilir? - AÇIQLAMA
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli hazırda Dövlət Mənzil Fondunda nə qədər mənzil olması barədə rəqəmin açıqlanmaması məsələsinə aydınlıq gətirib.

Sədr müavini Pravda.az-a açıqlamasında deyib ki, tikinti şirkətləri Dövlət Mənzil Fonduna müəyyən qədər ayrımlar edirlər:

“2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərmana görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesini müəyyən edən digər aidiyyəti dövlət orqanları, dövlət hüquqi şəxsləri ilə razılaşdırılmaqla bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binaların dövlətə ayrılan hissəsinə dair hüquqi əsasları müəyyən edən normativ hüquqi aktlarla bağlı təkliflərini 2 ay müddətinə Nazirlər Kabinetinə təqdim etmək barədə göstəriş vermişdi. Lakin üstündən 5 il keçib. Nazirlər Kabinetinə belə bir təqdimat verilib-verilmədiyini, hər hansı addım atılıb-atılmadığını görmədim. Bununla əlaqədar heç bir məlumatla tanış deyiləm. Belə çıxır ki, yalnız insanların insafına qalıb. Halbuki məsələ qanunvericiliklə tənzimlənməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.