Lənkəranda meyiti tapılan tələbə ilə bağlı təfərrüatlar - FOTO

15-05-2024, 13:32           
Lənkəranda meyiti tapılan tələbə ilə bağlı təfərrüatlar  - FOTO
Ötən gün Lənkəranda meyiti tapılan 2002-ci il təvəllüdlü Ağayeva Könül Ramin qızı Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Cəlilabad filialının tələbəsi olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, ali təhsil müəssisəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə 4-cü kursda oxuyurmuş.

K.Ağayeva əvvəllər Lənkəran Dövlət Universitetində (LDU) təhsil alıb. Cəlilabad rayon Muğan kənd sakini olan qadın daha sonra ADPU-nun bu rayonda yerləşən filialına transfer olunub və təhsilini burada davam etdirməyə başlayıb.

Qeyd edək ki, K.Ağayeva bu ilin martın 2-də itkin düşüb. Onun itkin düşməsi ilə bağlı polisə məlumat verilib. İki aydan çoxdur itkin düşən qadının meyiti ötən gün Lənkəran rayonu, Hacı Zeynalabdin Tağiyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində tapılıb.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru