Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...

16-05-2024, 08:34           
Güllələnən baş nazirin dosyesindən sensasion detallar -
"İslama Slovakiyada yer yoxdur" - Robert Fitso ölümlə-həyat arasındadır

"Aljazeera.com" yazır ki, Slovakiyanın baş naziri Robert Fitso (1964) ölümlə həyat arasındadır. Yaxın 1-2 saat həlledici olacaq...

Robert Fitso 2023-cü ilin oktyabrından Baş nazir vəzifəsindədir. O, 2006—2010 və 2012—2018-ci illərdə də Baş nazir olub. 1992-ci ildə isə Çexslovakiya parlamentinə deputat seçilib. Ölkəni Avropa Şurasında təmsil edib.

O, ardıcıl anti-Qərb mövqeyindən çıxış edir. Rusiyaya simpatiyası var. Eyni cinsdən olan şəxslərin evlənməsinə qarşı açıq mübarizə aparır...

Müsəlman mühacirlərin Avropaya axınına qəti etiraz edib: "İndi nəsə desəm, bəlkə də qəribə görünəcək, amma üzr istəyirəm, ancaq İslama Slovakiyada yer yoxdur. Düşünürəm ki, siyasətçilərin vəzifəsi bu barədə çox aydın və açıq danışmaqdır. İstəməzdim ki, on minlərlə müsəlman buralarda yaşasın”.

O, HƏMAS-ın İsrailə hücumunu da qınayıb. Avropa İttifaqını bu məsələdə tərəddüd etdiyinə görə ittiham edib. Gürcüstan-Rusiya müharibəsində Gürcüstanı Rusiyaya qarşı provokativ davranışda suçlayıb. Avropa İttifaqının Rusiyaya sanksiya tətbiq etməsinə qarşı açıq çıxış edib. Ukrayna məsələsində də Qərbin mövqeyinə dəstək verməyib. Tam əksinə, Ukraynanın NATO-ya daxil olmasına imkan verməyəcəyini bildirib...

Ermənistan-Azərbaycan münaqişəsində miyanə mövqedə olub. Elə bugünlərdə Bakıda rəsmi səfərdə olmuşdu.

1988-ci ildə evlənib. Bir oğlu var. Ateistdir. Ancaq "siz katoliksiz, yoxsa ateist" kimi suallara heç vaxt cavab verməyib...

2013-cü ilin avqustunda jurnalistlər onu yeni katibəsini öpərkən yaxalayıb. Həmin foto uzun müddət müzakirələrə səbəb olub. O, katibəsini şəxsi zəmində restorana aparırmış.

2020-ci ildə isə yerli mətbuat onun yeni sevgilisi haqqında geniş məlumat verib. Katarína Szalayová adlı həmin xanım 600 avro maaş alsa da 40 min avroluq maşın sürürmüş. Sonra Katarína Szalayová Robert Fitsonun partiyasında yaxşı vəzifə aldı.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen siyasətçiyə qarşı silahlı hücumu kəskin şəkildə pisləyib.

Hazırda isə o, ölümlə-həyat arasındadır. Həkimlər onu xilas edə biləcəkmi?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.