“Gördüm ki, əlindəki “dubinka” ilə üstümə gəlir” – VİDEO

26-05-2024, 00:10           
“Gördüm ki, əlindəki “dubinka” ilə üstümə gəlir” – VİDEO
“İşə tələsirdim, həmin sürücüdən yoldan çəkilməsi üçün “miqat” elədim. Sevindim ki, artıq yol ayrılır, o da “Şamaxinka”ya dönüb gedir. Bir də gördüm ki, maşını saxlayıb, əlindəki “dubinka” ilə üstümə gəlir”.

TEREF Xəzər TV-yə istinadən bildirir ki, bunu sosial şəbəkələrdə taksi sürücüsü tərəfindən hücuma məruz qalması ilə bağlı görüntülər yayılan Məltəm Əsgərova bildirib.

O qeyd edib ki, hadisə ötən gün Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığından keçən hissəsində baş verib.

M.Əsgərova deyib ki, sürücünün ona hücum etməsinə səbəb yol üstündə olub:

“Həmin anda yaxşı ki, şüşələri qaldırdım, maşını qıfıla qoydum. Tanımadığım başqa bir sürücü hücum çəkən şəxsə nəsə deməsə idi, hələ də maşını döyəcləyəcəkdi. Məqsədi o idi ki, mən maşını açım”.

Ətraflı videomaterialda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru