Hər il 19 milyon insan bu dörd qidadan həyatını itirir
13-06-2024, 15:27
"Tütün, ultra emal olunmuş qidalar, qalıq yanacaqlar və spirt hər il 19 milyon insanın ölümünə və ya bütün ölümlərin 34 faizinə səbəb olur".
"DogruXeber.az" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosu hesabat yayımlayıb.
Hesabata əsasən, Avropada bu rəqəm ildə 2,7 milyon nəfər təşkil edir.
"Ən çox insan tütün istehlakından ölür - ildə 1,15 milyon insan. Qalıq yanacaqlar ildə təxminən 579.000 insanın həyatına son qoyur. Bunlar kömür, neft, şist, təbii qaz və onun hidratları, torf və digər yanan faydalı qazıntılardır. Hər il təxminən 427 min insan alkoqol qəbulu səbəbiylə dünyasını dəyişir. Siyahıda sadalanan faktorlardan qalan ölümlər, adətən yeməyə hazır olan ultra emal olunmuş qidalardır. Onların tərkibində dad və toxumaya təsir edən sənaye əlavələri var. Onların əsas təhlükəsi insanların demək olar ki, hər gün onları yeməsidir. Bunlar şirin qazlı içkilər, fast food, cips, şokolad və hətta dondurmadır", - məlumatda qeyd olunub.
ÜST vurğulayır ki, böyük biznes tərəfindən tətbiq edilən aqressiv reklam və marketinq məhsullarının faydaları və zərərləri haqqında məlumatların təhrif edilməsi istehlakçıları çaşdırır.
"Bu gün biz zərərli biznes təcrübələri və məhsulları haqqında təkzibedilməz sübutlar təqdim edirik və deyirik: insanlar həmişə mənfəətdən üstün olmalıdırlar", - ÜST-nin Avropa üzrə rəhbəri Hans Kluge deyib.
Onun sözlərinə görə, ÜST sənayenin zərərli təsirindən qorunmaq və azaltmaq üçün taktikanı gücləndirmək üçün siyasətçilər ilə işləmək niyyətindədir.