Ali Məhkəmənin toxunulmazlıqla bağlı qərarı prezident seçkisinə necə təsir edə bilər?
5-07-2024, 16:04
Prezident Co Bayden Ali Məhkəmənin bazar ertəsi sabiq prezidentlərə rəsmi vəzifələrinə aid olan hər hansı əməllərə görə mühakimə olunmaqdan toxunulmazlıq verən qərarına qarşı çıxıb. Ali Məhkəmənin qərarı keçmiş Prezident Donald Trampın 2020-ci il prezident seçkisinə müdaxilə ilə bağlı məhkmə işini ləvğ etməsə də, ləngidir.
Prezident Co Bayden Ali Məhkəmənin keçmiş prezidentlərin rəsmi iş səlahiyyətlərinə aid əməllərinə görə mühakimə olunmamalarına dair qərarını tənqib edib....Bu, sabiq Prezident Donald Trampın 2021-ci il yanvarın 6-da ABŞ Kapitolisinə hücumla iddia olunan əlaqəsi ilə bağlı bir qərardır.
"Amerika xalqı Donald Trampın yanvarın 6-da demokratiyamıza hücumunun onu dövlət vəzifəsinə, ölkənin ən yüksək vəzifəsinə yararsız edib-etmədiyinə qərar verməlidir. Amerika xalqı Trampın, vəzifəsini qorumaq üçün zorakılığa əl atmasının məqbul olub-olmadığına qərar verməlidir," Co Bayden deyib.
Sabiq prezident öz saytında Ali Məhkəmənin qərarına reaksiya verərək, onun Truth Social sosial media plaformasındakı postunu paylaşıb. Həmin postda “Ali Məhkəmə mənə qarşı ittihamların çoxunu tamamilə ləğv etdi. Co Bayden indi öz ‘itlərini’ geri çəkməlidir. Ölkəmiz yenidən diqqətini möhtəşəmliyə yönəltməlidir” yazılıb.
Ali Məhkəmə hazırda Trampa qarşı davam edən seçkiyə müdaxilə ilə bağlı işi ləğv etməyib. O, 2020-ci ildə Baydenin qalib gəldiyi ABŞ prezident seçkisini ləğv etməyə cəhd etməkdə ittiham olunur.
Çikaqo-Kent universitetinin hüquq professoru Hariold Kent deyir ki, Trampın 6 yanvar hadisəsindən öncəki əməllərinə həm rəsmi, həm də qeyri-rəsmi əməllər daxildir ki, Tramp onlara görə mühakimə oluna bilər.
"O, sıravi bir namizəd olaraq hərəkət etsəydi, onun əməlləri qeyri-rəsmi əməlllər kateqoriyasına daxil edilə bilərdi. Ancaq o, vitse-prezident ilə vitse-prezidentin Senatda nə etməli olduğu barədə danışanda, ya da Ədliyyə Nazirliyi ilə səs vermədə saxtakarlığın olub-olmadığı barədə danışanda, o, rəsmi xüsusda hərəkət edirdi," o bildirib.
İyunun 27-də keçirilən debat zamanı 6 yanvar hadisələrindən qısaca bəhs edilib. Ancaq Corc Meyson Universitetinin politologiya üzrə professoru Deyvid Ramadan deyir ki, Baydenin kampaniyası qiyam məsələsini gündəmdə tutsa, bu, əsas kampaniya məsələsinə çevrilə verilər.
"Ona görə də məncə Bayden kampaniyası müstəqil seçicilərə bunu xatırlarmağa görə cavabdehdir. Bu onlar üçün çox böyük bir məsələdir. Əgər onlara bunu xatırlatmasalar, artıq üç il keçib və insanlar gündəlik həyatda bunu unutmağa başlayırlar və başqa şeylər haqda narahat olurlar," o deyib.
Amerika elektoratı sağ və sol arasında çox qütbləşdiyi bir vaxtda, seçki günündə nəticəni müstəqil seçicilər müəyyən edəcək.
"Yeganə seçimi dəyişə bilənlər müstəqillərdir. Bu seçkinin nəticəsini onlar müəyyən edəcəklər. Həmin dəyişkən elektoratın başında qadınlar var. Gənc seçicilərin seçimi də dəyişə bilər, amma onlar etibarlı seçici deyil," Ramadan bildirib.
Trampa qarşı qaldırılan seçkiyə müdaxilə ilə bağlı məhkəmə işi, böyük ehtimalla, davam edəcək. Belə ki, Ali Məhkəmənin qərarı fonunda aşağı instansiyalı məhkəmə müvafiq ittihamlarla bağlı mühüm qərarlar verəcək. Ekspertləe seçki günündən öncə məhkəmənin keçirilmə ehtimalıının az olduğunu deyirlər.
"Bu, hüquqi prosesləri tamamilə ləngidir və Prezident Trampın komandasının məqsədi bu idisə, onda onlar buna nail oldular," Harold Kent bildirib.
Bununla da 6 yanvar hadisəsini seçki kampaniyasının əsas məsələsi edib-etməmək Baydenin kampaniyasından asılıdır.