Bakıda iki qadın arasında baş verən bıçaq davasının detalları – “Həbsxanadan tanış olublar”

11-07-2024, 11:41           
Bakıda iki qadın arasında baş verən bıçaq davasının detalları – “Həbsxanadan tanış olublar”
Bağda təşkil etdikləri yeyib-içmək məclisinin sonu ağır cinayətlə sona çatıb.

Xezerxeber.az xəbər verir ki, aralarında qadın da olan iki nəfərin bıçaqlandığı hadisə ötən gecə paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 51 yaşlı Zəminə Babayeva tanışı 53 yaşlı Lalə Vəliyeva və 67 yaşlı Valeh Məmmədovu bıçaqlamaqda şübhəli bilinərək saxlanıb.

Yaralılardan nisbətən vəziyyəti yaxşı olan Valeh Məmmədov dərhal özünü və yanında olan qadını Sabunçu Tibb Mərkəzinə çatdırıb.

Hadisə zamanı xəsarət alan Valeh Məmmədov deyir ki, illərdi qeyri-rəsmi münasibətdə olduğu Lalə Vəliyeva ilə rəfiqəsi Zəminə Babayevanın dəvəti ilə onun bağına gediblər. Onlar bağda yeyib içiblər. Valleh iddia edir ki, Zəminə Babayeva sərxoş olduqdan sonra hələki bilinməyən səbəbdən bıçaqla onlara hücum edib.

Onu da öyrəndik ki, yaralanan Lalə Vəliyeva 15 il əvvəl öz rəfiqəsini Valeh Məmmədova görə qətlə yetirib və hər ikisi 12 il müddətinə azadlıqdan məhrum edilib. O vaxt Zəminə Babayeva da ərini öldürməkdə, qaynına xəsarət yetirməkdə təqsirli bilinərək 14 il azadlıqdan məhrum edilib. Yəni qadınların tanışlığı həbsxanada olub. Onlar azadlığa çıxdıqdan sonra da mütəmadi görüşüblər.

Zəminə Babayeva artıq polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam edir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.