Azərbaycanda Geniş Yayılan Qumar Tələlərindən Necə Yayınmalı

1-01-2023, 19:08           
Azərbaycanda Geniş Yayılan Qumar Tələlərindən Necə Yayınmalı
Azərbaycanda Qumar Oynayarkən Ən Çox Yayılmış Tələlərdən Necə Yayınmalı
Bu gün dünyanın ən böyük problemi təhlükəsizlikdir. Ən əsas təhlükələrdən biri kiber təhlükəsizlikdir. Bütün sahələrdə olduğu kimi mərc oyunlarında da təhlükəsizliyə böyük əhəmiyyət verilir. Maliyyə əməliyyatları aparılan saytlar isə kiber cinayətkarların ən çox maraq göstərdiyi sahədir. Çünki asan və qısa yoldan varlanmaq istəyənlərin sayı durmadan artır.

Bəs bütün bu tələlərdən, görünməyən sualtı daşlardan necə yayınmaq olar? Azərbaycanda mərc oyunları oynamağa başlamadan öncə ən təhlükəsiz saytları seçməlisiniz. İnternetdən istifadə etmək istədiyiniz merc saytlari haqqındakı rəyləri oxuyun. Bu indi çox asandır. İnformasiya və Kommunikasiya Texnologiyalarının inkişafının xeyirli tərəflərindən biri də ekspert araşdırmalarının hər kəs üçün əlçatan olmasıdır. Adətən istifadəçilər oyun saytlarının xidmətləri, onların müsbət və mənfi cəhətləri barədə öz fikirlərini internetdə paylaşırlar.

Mənbə
İkinci vacib cəhət mərc saytlarının lisenziyalaşdırılmasıdır. Çünki onlar daha etibarlıdırlar. Hər kəsin mərc saytlarında pul qazanmaq şansı var. Ancaq bizim tövsiyələrimizə eməl edənlərin şansı ikiyə qatlanır. Gəlin indi sizə bu səhvləri və tələləri daha geniş şəkildə izah edək.
Ən çox yayılmış səhvlər və tələlər bunlardır

Məlumat toplamadan oyuna başlamaq

Məlumat toplamadan oyuna başlamaq daha əvvəl də izah etdiyimiz kimi əsas səhvlərdən biridir. Mütləq hər hansı oyuna başlamadan öncə kiçik araşdırma aparmağınızı məsləhət görürük. Məlumatlı olmaq sizə böyük üstünlük təmin edəcək.


Oyunu anlamadan oynamaq

Oynadığınız oyunu anlamamaq təbii ki, pul itkisi ilə nəticələnəcək. Çünki düzgün qərar vermədiyiniz halda qazanmaq şansınız çox azalacaq. Məsləhətimiz odur ki, oyunu əvvəlcə demo versiyasında oynayın. Bu zaman siz real pul itirmədən oyun barədə təcrübə qazanacaqsınız.

Pulun düzgün idarə edilməməsi

Pulun düzgün idarə edilməməsi də ən çox buraxılan səhvlər arasındadır. Siz limitlərinizi düzgün qiymətləndirməlisiniz. Uduzmağı gözə aldığınız məbləğlə oynayın. Mərc oyunları ərköyünlüyü və zarafatı sevmir. Bu sizə baha başa gələ bilər.

Uduzarkən məntiqsiz risk etmək

Uduzarkən məntiqsiz risk etmək əksər oyunçulara xas bir xüsusiyyətdir. Ən çox iflas səbəbləri arasında oyundan vaxtında çəkilməmək durur. Oyunçu uduzduqca itirdiyi məbləğləri geri qazanmaq üçün daha böyük məbləğlərlə mərc edir. Bu da axırda xoşagəlməz nəticələrə gətirib çıxarır. Ona görə də bizim yazılarımızı diqqətlə oxuyun və məsləhətlərimizə əməl edin ki, bu risklərdən kənarda qalasınız.

Emosiyalarla, spirtli içki və s. təsiri altında oynamaq

Emosiyalarla, spirtli içki və sairə maddələrin təsiri altında oynamaq məsləhət görülmür. Əlbəttə mərc oyunları əyləncə kateqoriyasına aiddir, ancaq burada da müəyyən qanunlar var. Dəniz içkili insanları sevmədiyi kimi qumar da sevmir. Ehtiyatı əldən verməyin.

Eyni anda bir neçə oyun oynamaq

Eyni anda bir neçə oyun oynamaq qazanacağınıza zəmanət vermir. Əksinə, diqqətinizin dağılmasına səbəb olur. Gəlin razılaşaq ki, bir əldə iki qarpız tutmaq olmaz. Ən çox yayılmış səhvlərdən biri də sadəcə bir oyunla qazanmaq şansının az olması düşüncəsidir. Bu səhv düşüncədir. Bir oyuna fokuslanın, şansınızla strategiyalarınızı birləşdirin. Bundan sonra qazanmamaq mümkün deyil.

Aşağı və ya yuxarı dəyər dərəcələri

Aşağı və ya yuxarı dəyər dərəcələri mərc oyunlarında fərqli olur. Hər platformanın öz qaydaları var. Yuxarı nisbətlər təbii ki, daha çox qazanc vəd edir. Ancaq burda riskə atdığınız məbləğ də böyük olur. Aşağı nisbətlər az qazanc təmin etsə də riski azdır. Yenə də unutmayaq ki, qumarda şans bəzən hər şeydən üstündür.

Mənbə

Uyğunlaşa bilməmək

Bəzən eyni strategiya bir müddət keçdikdən sonra tutmamağa başlayır. Bu niyə belə olur? Əsas səbəblərdən biri mərc oyunlarının dinamik inkişaf etməsidir. Bu inkişafa ayaq uydurmaq lazımdır.

Mərc qoymaq xətrinə mərc oynamaq

Heç bir məqsəd və hədəf olmadan elə-belə mərc xatirinə mərc qoymaq düzgün deyil. Bu halda qazanmaq şansınız çox aşağılarda olacaq. Belə oynamaq tərzi sizə nə əyləncə nə də qazanc gətirməyəcək. Bu həm vaxt itkisi həm də pul itkisi deməkdir.

Real olmayan gözləntilər

Mərc oyunları bir çox insanı varlandırıb. Yəqın ki, Uilyam T. Uolters barədə eşitmisiniz. Qumar aləmində ən qazanan insan kimi məşhurdur. Onun sərvəti hazırda 200 milyon ABŞ dollarından çoxdur. Belə yüzlərlə misal çəkmək olar. Ancaq bu o demək deyil ki, hər kəs onun kimi milyoner olacaq. Ən çox yayılmış səhvlərdən biri də bu cür yüksək məbləğlər qazanmaq gözləntisidir.
Qumar oyunları barədə yanlış təsəvvürlər
Oyunçuların ən çox yanlış təsəvvürlərindən biri qumarı iş kimi qəbul etmələridir. Mərc oyunlarını sadəcə əyləncə vasitəsi kimi görmək lazımdır. Qazancınızın məbləğindən asılı olmayaraq oyundan zövq alın.

Həddindən artıq inamsızlıq və ya həddindən artıq özünə güvənmək mərc oyunlarında qazanmağa təsir edir. Bəzən sadə dillə desək, əliniz gətirməyə bilər. Ard-arda uduzmaq sizi ruhdan sala bilər. Ancaq bu həmişə belə davam edəcək demək deyil. Qumarda hər şey hər an dəyişə bilər. Üst-üstə qazanmaq da həddindən artıq özünə inanmağa səbəb olur. Deyə biləriniz ki, bunun nəyi pisdir? Pis tərəfi odur ki, siz daha böyük risklər almağa həvəslənə bilərsiniz və daha böyük məbləğlər itirə bilərsiniz.

Uduzmağa davam edərkən şansınız dönməyinə ümid etmək. Yəqin ki, bu hissi çoxları yaşayıb. Əslində ziyanın yarısından qayıtmaq daha yaxşıdır. Pozitiv düşünün. ‘’Bu gün mənim günüm deyil’’ deyərək özünüzü təsəlli edin. Əmin olun ki, sonrakı günlərdə itirdiklərinizin əvəzini çıxaracaqsınız.
Mərcdə qazanmağın sirri
Təcrübələrimizə dayanaraq sizə bir sirr açaq. Bəzən eyni oyunu oynayan fərqli oyunçular fərqli nəticələr əldə edirlər. Yəni biri qazananda digəri uduzur. Bu hal hamımıza tanışdır. Bəs bunun sirri nədir? Strategiya! Əgər fikir vermisinizsə kazino saytlari strategiya təqdim etmirlər. Strategiyanı siz özünüz yaradırsınız. Hər dəfə oyun oynayanda nəticələrinizi qeyd edin. Sonra onları analiz edərək harada səhv buraxdığınızı görəcəksiniz.
Qısa xülasə
Mərc oyunlarını şans oyunları da adlandırmaq olar. Bu yazımızda şansla bərabər strategiyanın da vacib olduğunu izah etməyə çalışdıq. Hər biri addımı düşünərək atmaq lazımdır. Daha çox araşdırma aparıb daha çox məlumat əldə etmək lazımdır. Azərbaycanda mərc oyunlarında qazanan kifayət qədər insan var. Siz də onlardan biri ola bilərsiniz. Bunun üçün hər kəsin və özünüzün etdiyiniz səhvlərdən nəticə çıxarın. Hədəflərinizə ağıllı qərarlarınızla tez çata bilərsiniz. Bu yazımızı qumar dünyasının qaranlığına işıq kimi tutaraq böyük nailiyyətlər əldə edə bilərsiniz.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.