Evliliyi xilas etmək üçün cəmi altı saniyə lazımdır

12-08-2024, 16:44           
Evliliyi xilas etmək üçün cəmi altı saniyə lazımdır
Elm adamları sadə üsulla evliliyi necə xilas edə biləcəyimizi öyrəniblər.

NEWS.ru xəbər verir ki, bunun üçün həyat yoldaşları hər gün yalnız altı saniyə çəkəcək bir hərəkəti etməlidirlər.

Məlum olub ki, gün ərzində cəmi bir dəfə də olsa altı saniyəlik öpüş ər-arvad arasında sağlam münasibət saxlamağa kömək edir. Bu, sakitləşmək və sevdiyiniz insanın yanınızda olduğunu başa düşmək üçün kifayətdir.

Psixoloqlar Con və Culi Qottman bu qənaətə gəliblər. Onlar 30 il ərzində qadın və kişi münasibətlərini araşdırıblar. Üç mindən çox cütlük tədqiqatda iştirak edib.

Mütəxəssislərin fikrincə, tərəfdaşları sakitləşdirən və inamını gücləndirən oksitosi hormonunun ifrazı üçün cəmi altı saniyə kifayətdir.

Mütəxəssis Pol Zak deyir ki, öpüşü qucaqlamaqla da əvəz etmək olar. Bu, təxminən 20 saniyə çəkəcək. Eyni zamanda, həyat yoldaşları gündə ən azı səkkiz dəfə qucaqlaşmalıdırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru