TikTok sosial şəbəkəsinin daha bir zərəri aşkarlanıb.
15-08-2024, 17:58
“Medicina” xəbər verir ki, Avstraliya alimlərinin son tədqiqatına görə, sosial şəbəkələrdə, xüsusən TikTokda çox vaxt keçirən gənc qadınlarda dəyərsizlik hissi yaranır və onların qida vərdişinə təsir edir. 10 dəqiqə TikToka baxmaq psixikaya neqativ təsir edir. Ordakı modellər və tiktokerlər kimi arıq olmayan istəyən qadınlar özlərinə nifrət edir, anoreksiya vəziyyətinə düşə bilirlər. Alimlər hesab edir ki, platformada çox neqativ kontent təbliğatları gedir. Onlar 273 nəfər 18-29 yaş arası qızlardan xüsusi anket doldurmağı tələb ediblər.
Sonra onların yarısı 8 dəqiqə dieta, arıqlama və zərərli təbliğat olan videoları izləyiblər.
Digər qrupa isə kulinariya, yeməklər, qidalanma göstərilib.
Nəticələr göstərib ki, arıqlama ilə bağlı videolara və incə modellərə baxan qızlarda bədənlərinə qarşı narazılıq və dəyərsizlik yaranıb, onlar arıqlama məhsulları axtarmağa başlayıblar.