Azərbaycanda "Qərbi Nil" virusuna yoluxan var? - Rəsmi cavab

21-08-2024, 07:34           
Azərbaycanda "Qərbi Nil" virusuna yoluxan var? - Rəsmi cavab
Son aylarda dünyanın bir neçə ölkəsində "Qərbi Nil" virusuna yoluxma ilə bağlı xəbərlər yayılıb. Bir neçə gün əvvəl sözügedən virus Ermənistan ərazisində də aşkarlanıb və bir nəfər bu virusda ölüb. "Qərbi Nil" virusu ilə bağlı xəbərlər Azərbaycanda da təşvişə səbəb olub.

Səhiyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan "Qərbi Nil” virusuna endemik ölkə deyil.

"Digər ölkələrdən gətirilmə hadisəsi olarsa, onun yayılma riski sıfıra bərabərdir. Çünki bu virusun ötürülməsində iştirak edən daşıyıcı ağcaqanad növü bizim ölkəmizin ərazisində mövcud deyil", - qurumdan verilən açıqlamada qeyd olunub.

Qeyd edək ki, "Qərbi Nil” virusu ilk dəfə 1937-ci ildə Uqandada qeydə alınıb. Virus insanlara "Culex” növündən olan ağcaqanadların dişləməsi ilə keçir. Virusun əsas əlamətləri ürəkbulanma, dəridə yaranan qızarmalar, ishal, halsızlıqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru