Qərbi Azərbaycan Xronikası: "Urartu kitabələrində erməni və ya haylardan bəhs olunmur"
21-08-2024, 09:19
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Göyçədəki qalalar urartuluların yox, içoğuzlarındır" adlı veriliş hazırlanıb.
Verilişdə tədqiqatçı Ramin Əlizadə ermənilər tərəfindən dağıdılmış Göyçə mahalının Basarkeçər rayonunun Zağalı kəndində urartu gerçəklərindən və erməni saxtakarlığından söz açıb.
Qeyd olunub ki, Göyçədə yaşayan tayfalar urartuluların hücumlarının qarşısına almaq üçün uzun müddət mübarizə aparıblar: "Göyçənin adı, Geğam, Geğarkunik sözü türklərin Gehu şəhərinin adından götürülüb. Göyçədə olan qalalar urartuluların deyil, İç oğuzlarındır. Aşşurlar Biayin tayfalarının yaratdığı dövlətə Urartu-Dağlıq ölkə deyiblər. Sarduri Zağalı kəndi ətrafında kitabədə yerli tayfalar haqqında mühüm məlumatlar verib. Zağalı yazısında qeyd olunan Urte ölkəsi Yurd mənası verir və türklərə aiddir. Qərbi Azərbaycanın yerli tayfaları Göyçə Ağbaba, Şörəyel, Loru ərazisində Urartuya qarşı ciddi müqavimət göstəriblər".
Sonda vurğulanıb ki, Qərbi Azərbaycanın tarixi mədəni irsi üzərində qondarma Armeniya mifologiyası qurulub: "Urartu kitabələrində erməni və ya haylardan bəhs olunmur. Qədim və müasir ermənicənin Urartu dili ilə qrammatika və morfologiya baxımından heç bir bənzərliyi yoxdur. Urartunun tarixini tədqiq edən araşdırmaçılar ermənilərin iddiasını yalan hesab edirlər. Piotrovski Urartu maddi-mədəni irsinin ermənilərlə heç bir əlaqəsinin olmadığını sübut edib".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: