PİN kodunu bilməyən insanlar “WhatsApp”da mesaj göndərə bilməyəcəklər

22-08-2024, 11:14           
PİN kodunu bilməyən insanlar “WhatsApp”da mesaj göndərə bilməyəcəklər
PİN kodunu bilməyən insanlar “WhatsApp”da mesaj göndərə bilməyəcəklər
“WhatsApp” məxfilik və təhlükəsizlik xüsusiyyətləri üzərində işləməyə davam edir. Məlum olub ki, şirkət PİN əlavə etmə funksiyasını təkmilləşdirir.

Bu funksiya hər kəsin mesaj göndərə bilməsinin qarşısını alacaq.

“WhatsApp”ın telefon nömrəsini gizlətməyə imkan verən istifadəçi adı funksiyası üzərində işlədiyi uzun müddətdir ki, məlum idi. Bu funksiya sayəsində insanlar tətbiqdəki istifadəçi adınız vasitəsilə sizinlə əlaqə saxlaya biləcəklər.

Beləliklə, telefon nömrəsini paylaşma ehtiyacı aradan qalxacaq.

Onu da qeyd edək ki, telefon nömrənizi bilən insanlar bu məlumatı görməyə davam edəcəklər. Məxfilik səviyyəsini daha da yüksəltməyi qarşısına məqsəd qoyan “WhatsApp”ın tətbiqə yeni funksiyanı inteqrasiya etməyə hazırlaşdığı məlum olub.

“WABetaInfo” tərəfindən paylaşılan məlumata görə, istifadəçi adı xüsusiyyəti üçün PİN təyin edilə bilər. PIN funksiyası telefon nömrənizi bilməyən və əvvəllər sizinlə əlaqə saxlamayan insanlar üçün əlavə məxfilik təbəqəsi rolunu oynayacaq.

İstənməyən mesajları bloklayan PİN funksiyası ən azı dörd rəqəmdən ibarət olacaq. PIN müəyyən edildikdən sonra istifadəçilər mesaj göndərmək üçün PİN kodu bilməlidirlər. Şifrəni bilməyənlər mesaj göndərə bilməyəcəklər.

Onu da qeyd etməliyik ki, cari kontaktlarınız PIN kodu olmadan mesaj göndərməyə davam edə bilər. Bu funksiya hazırda inkişaf mərhələsindədir və gələcək yeniləmədə əlçatan olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru