Əmanətləri hansı valyutada saxlamaq daha sərfəlidir?

21-08-2024, 23:47           
Əmanətləri hansı valyutada saxlamaq daha sərfəlidir?
Dünya maliyyə bazarında tez-tez baş verən iqtisadi dəyişikliklər yatırım etmək istəyənlərin qərarsızlığına səbəb olur. Kimisi qızıla, kimisi daşınmaz əmlak inevstisiya qoymaqla, bəziləri isə pulunu xarici valyutaya çevirməyi daha məqsədəuyğun hesab edir.

Bizim.Media-ya açıqlama verən vətəndaş Ayaz Zeynalzadə də pulunu xarici valyutaya çevirmək istəyənlərdəndir.

“Hazırda əlimdə müəyyən məbləğdə pul var və bunu başqa məzənnəyə çevirmək istəyirəm. Ancaq məzənnələrdə necə dəyişiklik olacağıyla bağlı dəqiq məlumatım yoxdur. Çox vaxt mənə məsləhət görürlər ki, pulu dollara çevirim, bildiyim qədəriylə, bu məzənnə də öz sabitliyini qoruyur”.

Müsahibimiz hesab edir ki, türk lirəsinin dəyəri indi aşağı olsa da, bir neçə il ərzində artacaq, buna görə də o, pulunu bu valyutada saxlamağı düşünür. Ancaq vurğulayır ki, yenə də bu barədə qərarsızdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.