Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo VİDEO

22-08-2024, 15:54           
Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo  VİDEO
Baku TV uşaqlığı və gəncliyi boyu alçaldılan və lağa qoyulan, fərziyyələrə görə 78, təsdiqlənmiş məlumatlara görə isə 53 nəfərin qatili olan SSRİ dövrünün ən qəddar və qanlı manyaklarından biri olan Andrey Romanoviç Çikatilo haqqında araşdırma təqdim edib.

Çikatilo ilk qətlini 22 dekabr 1978-ci ildə törədib. Qurbanı doqquz yaşlı Yelena Zakotnova olub. Bu cinayətə görə əvvəllər həbsdə olan Aleksandr Kravçenko saxlanılıb. Təzyiqlər altında Kravçenko törətmədiyi cinayəti boynuna götürərək güllələnib.

Hadisədən sonra Çikatilo üç il qətl törətmir. 1982-ci ildən isə qətliamlara başlayır. Şahidlər qətl yerində eynəyini rezinlə bərkidən və papaqlı hündürboy bir kişi gördüklərini desələr də, qatilin axtarışında iştirak edənlərdən heç kim şübhələnmir.

Ayda bir neçə dəfə hüquq-mühafizə orqanları meşələrdə xüsusi amansızlıqla öldürülmüş, zorlanmış, gözləri çıxarılmış, çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmiş, bəzi əzaları dişlənilmiş meyitlər tapırlar. 1985-ci ildən hüquq-mühafizə orqanları "Meşə qurşağı" əməliyyatına başlayırlar.

1986-cı ildə manyakın axtarışına Rostov Tibb İnstitutunun psixiatriya kafedrasının dosenti Aleksandr Buxanovski də qoşulur. Doktor manyakın dəqiq psixoloji portretini çəkərək onun vəziyyətinin hava faktorlarından asılı olduğunu, 1984-cü ilin yağışlı günlərində qatilin daha da vəhşiləşərək 15 nəfəri öldürdüyünü qeyd edir. 1990-cı ildə yeni bir qətl törədən manyak dəmir yolu stansiyasında gəzişərkən milis çavuşunun diqqətini çəkir və onun sənədlərini yoxlamağa başlayır.

Şübhəli heç nə tapmadığı üçün onu sərbəst buraxır. Yeni cəsədin tapılması ilə əlaqədar o, şübhəli görünən və sənədləri yoxlanılan hər kəsi bir də nəzərdən keçirməyə başladıqda, Çikatilo yada düşür və manyak saxlanılır. Məhkəmə zamanı Çikatilo 53 nəfərin ölümündə təqsirli bilinir, amma törətdiyi digər cinayətlər sübuta yetirilmir. Manyak ölümə məhkum edilir.

Novoçerkassk həbsxanasında saxlanılan Andrey Çikatilo həyatını xilas etmək üçün prezidentə saysız-hesabsız məktublar yazır. 1994-cü il fevralın 14-də o, öz layiqli cəzasını alır - başından güllələnir.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.