Dünyanın ikinci ən böyük almazı tapıldı

23-08-2024, 12:13           
Dünyanın ikinci ən böyük almazı tapıldı
Kanadanın “Lucara Diamond” şirkəti Cənubi Afrikada ölkəsi olan Botsvanadakı Karove mədənində 2492 karat ağırlığında almaz aşkar edib.

Bloomberg xəbər verir ki, bu, son 120 ilin ən böyük və indiyə qədər çıxarılan ikinci ən böyük almazdır.

Qeyd edək ki, tarixin ən böyük almazı olan “Cullinan” da Cənubi Afrikada tapılıb. Onun çəkisi 3106 karat idi.

Karove mədəni qiymətli və böyük daşları ilə məşhurdur. Belə ki, 2015-ci ildə “Lucara” şirkəti burada çəkisi 1109 karat olan “Lesedi La Rona” almazını kəşf edib. Almaz 53 milyon dollara satılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru