Necə edək ki, qatıq bərk alınsın?

23-08-2024, 16:58           
Necə edək ki, qatıq bərk alınsın?
Qatığın bərk alınması onun düzgün hazırlanma qaydasına və istifadə olunan südün keyfiyyətinə bağlıdır. Qatığın daha bərk və tutarlı olması üçün bəzi məqamları nəzərə almaq vacibdir.Foodinfo.az qatığın bərk alınması üçün bəzi tövsiyələri təqdim edir:Qatığın bərk alınması üçün tam yağlı və təzə süd istifadə etmək vacibdir. Az yağlı süd qatığın daha duru olmasına səbəb ola bilər. Eyni zamanda südün təzə olması qatığın keyfiyyətinə birbaşa təsir edir.Südü həddindən artıq qızdırmamaq vacibdir, çünki bu, qatığın strukturuna təsir göstərə bilər. Qatığın mayalanma prosesi üçün südün temperaturu təxminən 42-45°C olmalıdır. Süd çox soyuq və ya çox isti olarsa, qatıq ya boş qalar, ya da düzgün mayalanmaz. Qatığı isti bir yerdə, örtülü vəziyyətdə saxlayaraq düzgün temperaturu qorumaq lazımdır.Mayalanma üçün istifadə edilən qatıq miqdarı da bərkliyə təsir edir. Təxminən 1 litr süd üçün 1-2 yemək qaşığı qatıq kifayətdir. Artıq qatıq istifadə etmək isə onun dadını turş və daha az tutarlı olmasına səbəb ola bilər.Bu sadə tövsiyələrə əməl edərək qatığın daha bərk alınmasını təmin edə bilərsiniz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.