Televizora çox baxmaq demans riskini artırır

23-08-2024, 18:15           
Televizora çox baxmaq demans riskini artırır
İngiltərədə aparılan araşdırmaya görə, gündə 5 saat televizora baxmaq demans (yaddaş zəifliyi) riskini demək olar ki, 50 faiz artırır.

"Cebheinfo.az" xəbər verir ki, Britaniyada 400 nəfərin iştirak etdiyi araşdırma gündə beş saatdan çox televizora baxanların neyrodegenerativ xəstəliyə tutulma riskinin 44 faiz daha çox olduğunu ortaya çıxarıb.

Bu, həmçinin daha çox insult və Parkinson xəstəliyi riski ilə əlaqələndirilir.

Araşdırmalara görə, beyin sağlamlığı üçün gündə üç saata qədər televizora baxmaq lazımdır.

Tədqiqatçıkar UK Biobank-dan 37-73 yaş arası 40 nəfərin məlumatlarını təhlil ediblər, onlardan 407-nin beyni skan edilib. Tədqiqatın əvvəlində onların heç birinə beyin pozğunluğu diaqnozu qoyulmayıb.

İştirakçılar 13 il ərzində izlənilib və 5 227 nəfərə demans, 6 822 nəfərə insult və 2 308 nəfərə Parkinson diaqnozu qoyulub.

Nəticəyə görə, gündə beş saatdan çox televizora baxanların demans riski 44 faiz, insult riski 12 faiz və Parkinson xəstəliyinə tutulma riski 28 faiz artıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.