Qəhvə içmək üçün ideal saat hansıdır?

24-08-2024, 11:58           
Qəhvə içmək üçün ideal saat hansıdır?
Bir çoxları səhərlərini qəhvəsiz təsəvvür etmirlər. Bu içki insana gümtrahlıq bəxş edir. Bəs onu istədiyimiz vaxt içə bilərikmi?Foodinfo.az xəbər verir ki, həkimlər düzgün vaxtda içilməyən qəhvənin zərərli ola biləcəyini bildirirlər.Belə ki, kortizol adlı hormon orqanizmin yuxu dövrünə xas ritmə uyğunlaşır. Yüksək miqdarda kortizol immun sisteminizə təsir edə bilər. Məsələ burasındadır ki, hormonun səviyyəsi oyandıqdan dərhal sonra yüksək olur. Bu səbəbdən də gözləri açar-açmaz içilən qəhvə faydadan çox zərər verə, hətta bir müddət insanda kofeinə qarşı həssaslıq yarada bilər.Bunları nəzərə alaraq, ilk qəhvənizi yuxudan oyandıqdan azı 45 dəqiqə sonra, ideal halda saat 10:00-12:00 arası içməyiniz məsləhətdir. Günortadan sonra da qəhvə içmək tövsiyə olunmur, çünki bu, yuxunuza mənfi təsir edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru