“Coca Cola” məhsullarında 6 növ plastik aşkar edilib

24-08-2024, 12:24           
“Coca Cola” məhsullarında 6 növ plastik aşkar edilib
“Coca-Cola” və “Schweppes” məhsullarında plastik hissəciklər aşkar edilib.

İndex.az xəbər verir ki, Fransada yerləşən Ətraf Mühit üçün Fəaliyyət (Agir pour l’environnement) Assosiasiyası qazlı içkilər üzərində apardığı sınaqlar nəticəsində “Coca-Cola” və “Schweppes” məhsullarında mikro və nanohissəciklər şəklində 6 növ plastik aşkar edib.

“Take Action for the Environment Association” tərəfindən cümə axşamı dərc edilən araşdırmada, bir litrlik “Coca-Cola” və 1,5 litrlik “Schweppes” şüşələrinin tərkibində olan plastikin miqdarını müəyyən etmək üçün bir neçə dəfə açıldığı bildirilib.

İnfraqırmızı analiz üsulu ilə aparılan müşahidələr zamanı 5 mm-dən kiçik plastik hissəciklər və ümumilikdə 6 müxtəlif plastik polimer aşkar edilib.

Xüsusi olaraq “Coca-Cola” üçün aparılan araşdırmalarda qapağı iyirmi dəfə açılan şüşədə litrdə 46 mikrohissəcik, “Schweppes” şüşəsində isə 62 mikrohissəcik aşkar edilib.

Dərnəyin direktoru Stiven Kerkhove internetdə dərc edilən araşdırmadan sonra verdiyi açıqlamada istehlakçıların mövzu ilə bağlı potensial sağlamlıq riskləri haqqında məlumat almağa layiq olduqlarını söylədi.

Assosiasiya butulka qapağının korroziyasının şüşə içərisində mikroplastik əmələ gəlməsinə səbəb olduğunu düşünür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru