Rusiyada islah koloniyasında baş verən qiyamla bağlı TƏFƏRRÜAT
24-08-2024, 12:47
Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı islah koloniyasında (İK) girov götürülmə zamanı səkkiz nəfər ölüb.
Bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, terrorçular dörd məhbusu qətlə yetiriblər. Koloniyaya edilən hücumdan sonra onlar əlləri bağlı vəziyyətdə tapılıblar. Hücum zamanı həmçinin islah koloniyasının üç əməkdaşı - tədris şöbəsinin müdiri, mühafizə şöbəsinin rəisi və mühafizə və əməliyyat işləri üzrə rəis müavini qətlə yetirilib.
Ölən dördüncü əməkdaş çoxsaylı bıçaq xəsarətləri və qapalı kəllə-beyin travması alıb, daha sonra tibb müəssisəsində dünyasını dəyişib.
Avqustun 23-də Volqoqrad vilayətinin Surovikino şəhərində İK-19-un dörd məhbusu səkkiz koloniya əməkdaşını və dörd məhkumu girov götürüb. İslah koloniyasının dörd əməkdaşı bıçaq xəsarətləri alıb.
Xüsusi təyinatlılar girovların azad edilməsi üçün əməliyyat keçiriblər. Hücum zamanı bütün cinayətkarlar məhv edilib. Xüsusi təyinatlılar arasında itki yoxdur.