İtlər PUA-ları havada aşkarlamağı öyrəniblər

25-08-2024, 15:59           
İtlər PUA-ları havada aşkarlamağı öyrəniblər
Xüsusi təlim keçmiş itlər havada pilotsuz uçuş aparatlarını (PUA) aşkarlamağı öyrəniblər.

TASS xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin general-mayoru, xidməti itlərin yetişdirilməsi üzrə təlim mərkəzinin rəis müavini Sergey Deqtyarev bildirib.

Onun sözlərinə görə, hazırlıq orta hesabla 3-6 ay çəkir. Nəticədə, itlər 700 metrə qədər məsafədən dronun yaxınlaşmasını aşkarlaya bilirlər.

O aydınlaşdırıb ki, təkcə alman, Belçika və Şərqi Avropa çoban itləri deyil, bir sıra ov cinsləri də PUA-ları aşkarlamaq iqtidarındadır.

Təlim çərçivəsində hərbçilər də xüsusi hazırlıq keçirlər.

"Əsgər döyüş meydanında təkcə özünə deyil, həm də dördayaqlı yoldaşına kömək göstərməyi bacarmalıdır", - Deqtyarev bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru