Nasazlıqlar üzündən ən çox geri çağırılan avtomobil brendləri - ADLAR

26-08-2024, 08:58           
Nasazlıqlar üzündən ən çox geri çağırılan avtomobil brendləri - ADLAR
Ötən ilin yekunlarına görə Avropa bazarında "Mercedes-Benz" premium alman brendi texniki zavod çatışmazlıqları ilə birbaşa əlaqəli ən çox geriçağırma kampaniyaları keçirən marka olub.

Bu barədə "Hurriyyet.az" nüfuzlu "Autocar" nəşrinin ekspertlərinə istinadən məlumat verib.

"Mercedes-Benz" şirkəti "AMG GT", "CLS", "E" və "C" sinif, eləcə də "EQS" elektromobil modellərini əhatə edən 38 xidmət aksiyasını həyata keçirməli olub. Maraqlıdır ki, 2022-ci ildə "Mercedes-Benz" 2.5 milyon avtomobili müxtəlif nasazlıqlara görə geri çağırıb və bu göstərici son 5 ildə ən yüksək həddə çatıb.

ABŞ-də keçən il analoji reytinqə yerli "Ford" şirkəti başçılıq edib. "Ford "müxtəlif yığım qüsurları və istifadə prosesində aşkar edilmiş qüsurlara görə 56 geriçağırma proqramının təşkili barədə elan verib. Ümumilikdə isə son 5 ildə "Ford" 8 milyondan çox avtomobili geri çağırıb.

Qlobal avtomobil bazarından danışarkən "Takata" təhlükəsizlik yastıqları ilə bağlı xidmət kampaniyasının ciddiliyini qeyd etmək lazımdır. Temperaturun yüksəlməsi ilə qaz generatorundakı təzyiqin səviyyəsinin aşağı enməsi yastığın mexanizminin işə düşməsinə səbəb olurdu. Nəticədə avtomobilin salonuna metal qəlpələri atılırdı.

Ümumilikdə dünya üzrə məhz bu qüsura görə 100 milyondan çox avtomobil geri çağırılıb. Təkcə ABŞ-də 400-dən çox yaralı və 27 ölüm hadisəsi qeydə alınıb. Problem 34 müxtəlif avtomobil markasının maşınlarına toxunub.

Qeyd etmək lazımdır ki, müxtəlif bazarlarda təhlükəli nasazlıqlara görə geriçağırma kampaniyaları hələ də davam edir.(oxu.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.