Azərbaycanlılar müalicə üçün hansı ölkələrə gedirlər? – Siyahı

26-08-2024, 15:38           
Azərbaycanlılar müalicə üçün hansı ölkələrə gedirlər? – Siyahı
Bu ilin ilk yarısında 614 min 629 nəfər Azərbaycan vətəndaşı turist kimi xarici ölkələrə səfər edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xarici ölkələrə turist kimi səfər edən Azərbaycan vətəndaşlarının 17 min 171 nəfəri və ya 2,8%-i müalicə məqəsdi ilə gedib.
Müalicə üçün başqa ölkələrə gedən Azərbaycan vətəndaşlarının yarıdan çoxu – 9 min 640 nəfəri Türkiyəyə yollanıb.
Müalicə üçün xaricə gedən ölkə vətəndaşları aşağıdakı ölkələrə üz tutublar:
Türkiyə – 9 640 nəfər
Rusiya – 5 308 nəfər
Gürcüstan – 1 535 nəfər
Almaniya – 321 nəfər
İran – 148 nəfər
Çexiya– 72 nəfər
Çin – 50 nəfər
İsveçrə – 41 nəfər
Digər ölkələr – 56 nəfər












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.