Tarixin ən çoxuşaqlı atası - 1200 övlad

27-08-2024, 12:38           
Tarixin ən çoxuşaqlı atası -  1200 övlad
Moulay İsmayıl ibn Şərif 1672-1727-ci illərdə Mərakeş sultanı olub.

TEREF-in Lent.az-a istinadən xəbərinə görə, bu insan təkcə ölkə hökmdarı kimi deyil, həm də çox uşaq atası kimi tarixə düşüb.

Moulay İsmayıl ibn Şərif 1645-ci ildə Mərakeşin Tafilalet bölgəsində anadan olub, 1672-ci ildə taxta çıxıb.

Onun 500 cariyəsi olduğu məlumdur. Bu qadınların hər biri çoxlu uşaq doğraraq, övladının taxtın varisi olmasını, beləliklə də özlərini cariyəlikdən azad etmək istəyirdi.

Mərakeş sultanının 700 oğlu olduğu dəqiq məlumdur. Amma qız uşaqlarının sayı barədə məlumat yoxdur.

Ginnesin Rekordlar Kitabında sultanın övladlarının ümumi sayının 888 olduğu bildirilir.

Hökmdarın 1200-ə yaxın oğlu və qızı olduğu da deyilir.

İsmayılın oğullarından biri ondan sonra Mərakeşin sultanı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru