Tərkibində YAĞ OLMUR - Axıska türklərinin məşhur pendiri NECƏ HAZIRLANIR? - VİDEO

30-08-2024, 12:38           
Tərkibində YAĞ OLMUR - Axıska türklərinin məşhur pendiri NECƏ HAZIRLANIR? - VİDEO
Axıska türklərinin mətbəxində burma pendiri kimi tanınan çeçil pendiri var. Saçaqlı pendirin hər 100 qramında 320 K kalori mövcuddur. Onun hazırlanma prosesi çox maraqlıdır.

Sonxeber.az xəbər verir ki, sakinlər pendirin hazırlanması ilə bağlı "Apa TV"yə danışıb. Hazırlamaq üçün yağsız inək südü lazımdır. Bu südü 30 dərəcəyədək isidib, içərisinə turşumuş süd əlavə edirik. Bu qarışığı 10-18 saat ərzində sərin bir yerdə saxlayırıq. Daha sonra maya əlavə edib 15 dəqiqə gözləyirik. Mayalanmış südü ocaq üzərində qoyub 60 dərəcəyə qədər isidirik. Bu isitmə bir-neçə dəqiqəyə qədər davam edir:

"Südü maşından keçirdib isidirik. Südü və qaymağı isə ayrı olur. Əvvəllər olduğu kimi insanlar yaylağa getmirlər. Evdə hər şey hazır olur".

Pendir yoğrulduqdan sonra saçaq halına salınır. Onlar birləşərək burulur:

"Hazır olduqdan sonra boş qabın içərisinə qoyuruq. Heç bir şey tökmədən üzərinə qapaq qoyuruq".

Bu pendir əsasən səhər yeməyində yeyilir. Tərkibində kalsium və B2 vitamini olduğu üçün inkişaf etməkdə olan uşaqlara faydalı hesab olunur.

Ətraflı "Apa TV"nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.