Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb:

24-09-2024, 18:14           
Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb:
Dünya ölkələrinin qlobal idman reytinqi cədvəlində 2024-cü ilin arxada qalan hissəsində baş tutan nüfuzlu yarışların nəticələri əks olunub.

Oxu.Az xəbər verir ki, Azərbaycan dünya ölkələri arasında 51-ci yerdədir. İdmançılarımız bu il 204 xal toplayıblar.

Bu xallar 8 növdə əldə olunan uğurlar hesabına mümkün olub. Cüdo yığmamız daha çox - 65 xal əldə edib.

Boksda 32, sərbəst güləşdə 28, yunan-Roma güləşində 25, taekvondoda 24, basketbolun 3x3 növündə 18, bədii gimnastikada 8, atletikada isə 4 xal qazanılıb. Azərbaycan ümumi siyahıda Finlandiya, Gürcüstan, Bolqarıstan, Kuba, Yamayka kimi ölkələri də qabaqlayıb.

Yığmamız Avropa ölkələri arasında 27-ci yerdədir. Kişi idmançılardan ibarət milli komanda 44-cü, qadınlar komandası isə 68-ci sıradadır.

Qeyd edək ki, 135 ölkənin olduğu siyahıya 6 371 xala malik ABŞ başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru