Azərbaycanda toy karvanı qəzaya uğradı: 6 nəfər öldü - FOTO - VİDEO (TƏFƏRRÜAT)

Bu gün, 00:02           
Azərbaycanda toy karvanı qəzaya uğradı: 6 nəfər öldü - FOTO - VİDEO (TƏFƏRRÜAT)
Biləsuvar rayonundaKI dəhşətli yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

TEREF "Report"a istinadən məlumatına görə, hadisə bu gün saat 14:30 radələrində Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhərinə Ağcəbədi rayonundan gəlin gətirən toy karvanında iştirak edən "VAZ 21124" markalı minik avtomobili dönmə əməliyyatında sürətini azalda bilməyərək Salyan rayon sakini, Bayram Mehtiyevin idarə etdiyi ağırtonnajlı "MAN" markalı yük avtomobilinə çırpılıb.

Minik avtomobilinin sürücüsü 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlu və üç sərnişin - 1990-cı il təvəllüdlü Hüseynova Aidə Yasər qızı, 1958-ci il təvəllüdlü Hüseynova Mehriban Hüseyn qızı və 1995-ci il təvəllüdlü İsayev Vasif Əkbər oğlu hadisə yerində ölüb. Onların meyiti FHN-nin müvafiq qüvvələri tərəfindən avtomobildən çıxarılıb. Avtomobildə olan daha bir şəxs isə, 1991-ci il təvəllüdlü Hüseynova Xoşbəxt Akif qızı ağır vəziyyətdə Biləsuvar Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, həyatını itirən şəxslər yaxın qohumdurlar və Cəlilabad rayonunun Göytəpə şəhər sakinləridir. Dünyasını dəyişən X. Hüseynova bu gün toyu planlaşdırılan bəyin bacısıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.