Psixoloq: “Boşananların çoxu evlənməyə məcbur edilənlərdir”

25-09-2024, 09:34           
Psixoloq: “Boşananların çoxu evlənməyə məcbur edilənlərdir”
Son illərdə Azərbaycanda boşanmaların sayı artıb. Açıqlanan rəsmi rəqəmlərə əsasən, ölkədə nikahların sayında azalma, boşanmaların sayında kəskin artım müşahidə olunur.

Psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, boşanmaların əsas səbəbi aldadılma, sosial problemlər, tərəflərin bir-birinə inamsızlığı, kənar şəxslərin ailələrə müdaxiləsidir.

Fərqanə Mehmanqızı TNS-ə açıqlamasında bildirib ki, problem təkcə boşanma hallarının artması ilə məhdudlaşmır: “Evliliklərin sayı da azalır. Gənclərin əksəriyyəti ailə qurmaq istəmir. Araşdırmalar göstərir ki, insanlarda empatiya qurmaq, qarşı tərəfi başa düşmək, məsuliyyət hissi azalıb.

Əvvəllər ailələr gəncləri evlənməyə məcbur edirdi. Boşananların çoxu bir vaxtlar ailə qurmağa məcbur edilənlərdir.

Ona görə, məsələnin kökünə baxmaq lazımdır. Bir-birini yaxından tanımayan iki insan ailə qurursa, sonda təbii ki, boşanacaq. Onlar bir yerdə yaşasalar da, ailə olmayacaqlar”.

Psixoloqun fikrincə, müxtəlif səbəbdən saxta boşanmalara da rast gəlinir: “Belə faktların sayı kifayət qədərdir. Həmin şəxslər rəsmi şəkildə nikahlarına son qoysalar da, faktiki ayrılmırlar. Amma nəticədə belə hallar boşanmaların sayını artırır.

Bəzi hallarda isə insanlar azadlığı dərk etmirlər. Boşananda zad olacaqlarını düşünürlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.