Qaraciyəri müalicə edən BİTKİLƏR

25-09-2024, 16:34           
Qaraciyəri müalicə edən BİTKİLƏR
Qaraciyərə faydalı bir çox dərman bitkiləri var.

Onlardan bəzilərini və istifadə qaydalarını təqdim edirik:

Nanə

Faydaları: Nanə zəhərlənmə zamanı çox faydalıdır, qaraciyərə toksik maddələrdən təmizlənməyə və daha çox öd istehsal etməyə kömək edir.
Hazırlanması: 5 qram nanə yarpağını 1 stəkan qaynar su ilə dəmləyin, 15 dəqiqə saxlayın.
İstifadəsi: Hər 3 saatdan bir 1 xörək qaşığı içmək məsləhətdir.
Gənəgərçək (Calendula)

Faydaları: Gənəgərçək qaraciyərdə maddələr mübadiləsini sürətləndirir, onun sekretor funksiyasını yaxşılaşdırır və öd ifrazını artırır.
Hazırlanması: 2 çay qaşığı çiçəyi 2 stəkan qaynar su ilə dəmləyin, 1 saat saxlayın, sonra süzün.
İstifadəsi: Bu müalicəvi içkidən gündə 4 dəfə yarım stəkan içmək məsləhətdir.
Papatya

Faydaları: Papatya qaraciyər ağrılarına yaxşı təsir edir, spazmları tez aradan qaldırır və bütün bədənə sakitləşdirici təsir göstərir.
Hazırlanması: 1 xörək qaşığı quru papatyanı 1 stəkan qaynar su ilə dəmləyin, 20 dəqiqə saxlayın.
İstifadəsi: Süzün və səhər-axşam yarım stəkan için.


Mənbə: Saglamolun.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru