Payız mövsümündə qəzalardan necə yayınmaq olar? - Avtomobil mütəxəssislərindən tövsiyələr
25-09-2024, 10:38
Soyuqların düşməsi, yağış və ilk qarla sürücülər üçün narahat bir mövsüm başlayır ki, bu da sürüş tərzinin uyğunlaşdırılmasını tələb edir. Qarşıda sürücüləri mühərriklərin ilkin qızdırılması, çirklənmiş şüşələr, qaranlıq və məhdudiyyətli görüş məsafəsi gözləyir.
Oxu.Az-ın verdiyi məlumata görə, "Rossiyskaya Qazeta" avtomobil mütəxəssislərinə istinadla maşını nəyə hazırlamaq və yolda necə davranmaq lazım olması barədə öz tövsiyələrini verib.
Əsas təhlükələr
Payız yağış, duman və şaxtalar gətirir. İlk yağış damcıları örtük üzərində sürüşkən təbəqə yaradır ki, bu da təkərlər üçün ilişməni azalda bilər. Döngələrdə xüsusilə diqqətli olmaq lazımdır - hətta kiçik bir sahə qəzaya səbəb ola bilər. Yolda sürüşən yarpaqlar da, xüsusilə şəhərkənarı yollarda diqqət tələb edir.
Bundan başqa gölməçələrin altında çuxurlar və nahamarlıqlar "gizlənə" bilər və güclü yağışlar müvəqqəti "su maneələri" yarada bilər. Gölməçələrdən yan keçmək tövsiyə olunandır, əgər bu mümkün deyilsə, onlardan yavaşca keçilməli və quru səthə çıxdıqdan sonra yavaşca əyləc edilməlidir.
Şüşəyuyan maye, silgəclər və faralar yoxlanılmalıdır, çünki qaranlıq hər gün daha tez düşəcək. Uzun səfərlər üçün mümkün olduqca işıqlı yollar seçilməli, faraları yandırmaq unudulmamaılıdır. Dumanlı şəraitdə duman əleyhinə faraları xatırlamaq vacibdir: onlar görünüşü yaxşılaşdırmağa kömək edir, həmçinin sürücünü digər sürücülər üçün daha görünən edər.
Məsafə və ehtiyatlılıq
Yadda saxlamaq vacibdir ki, sürüşkən yollarda əyləc məsafəsi artır. Təhlükəsiz ara məsafəsinin saxlanıldığına əmin olmaq lazımdır.
Piyadalar və onların təhlükəsizliyi
Payızda piyadaların sayının artması ilə xüsusilə də piyada keçidlərində diqqəti artırmaq vacibdir. Bir çoxunun üzərində işıq əks etdirən elementlər olmur, həmçinin bəziləri qaydalara məhəl qoymurlar. Sürət rejiminin gözlənildiyinə və kəskin manevrlərə hazırlığa əmin olmaq lazımdır.
Avtomobilin hazırlanması
Payız-qış mövsümünün başlanğıcından əvvəl avtomobilin texniki vəziyyəti - əyləclər, akkumulyator, təkərlər və şüşəsilənlər yoxlanılmalıdır.