Yüzillik sirr açıldı: Alimlər ilk dəfə metalın necə su yaratdığını gördülər VİDEO

3-10-2024, 18:58           
Yüzillik sirr açıldı: Alimlər ilk dəfə metalın necə su yaratdığını gördülər VİDEO
Tədqiqatçılar ilk dəfə nadir metalın su yaratdığını görə biliblər və hətta bunu videoya çəkiblər.

Focus.ua-nın verdiyi məlumata görə, bu barədə tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc edilib.

Bildirilib ki, proses palladium metalının suyun yaranması üçün katalizator kimi necə işləyə biləcəyini öyrənərkən məlum olub. Alimlər hidrogen və oksigen atomlarının birləşərək nanomiqyasda kiçik su qabarcıqları əmələ gətirməsi prosesini müşahidə ediblər.

Beləliklə, elm adamları palladium vasitəsilə suyun necə əmələ gəldiyini öyrəniblər və hətta bu prosesi sürətləndirə biliblər.

Onların sözlərinə görə, bu kəşf təkcə Yerdə deyil, həm də kosmosda su istehsalı üçün uzunmüddətli nəticələrə malikdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru