Telefondan istifadəyə görə cərimələr – Azərbaycan Avropada ilk sıralardadır

5-10-2024, 00:02           
Telefondan istifadəyə görə cərimələr – Azərbaycan Avropada ilk sıralardadır
Azərbaycanda sürücülərin ən çox pozduğu yol hərəkəti qaydalarından biri də avtomobil hərəkətdə olan zaman sükan arxasında mobil telefondan istifadə ilə bağlı qadağadır.
Yeniavaz.com xəbər verir ki, sükan arxasında mobil telefondan istifadə edən sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən 50 manat məbləğində cərimə olunurlar.
Qeyd edək ki, Azərbaycanda sürücülərin mobil telefondan istifadəsinə görə tətbiq edilən cərimənin məbləği orta aylıq əmək haqqının 5%-nə bərabərdir.
Məlumat üçün bildirək ki, bu nisbətə görə Azərbaycan Avropa ölkələri arasında ilk sıralarda yer alır.
Avropada bu nisbətə əsasən ən yüksək cərimə İspaniyada, ən aşağı cərimə isə Gürcüstanda qeydə alınıb. İspaniyada sükan arxasında mobil telefondan istifadəyə görə tətbiq edilən cərimənin məbləği orta aylıq əmək haqqının 8,5%-nə, Gürcüstanda isə 0,4%-nə bərabərdir.
Aşağıdakı cədvəldə bəzi Avropa ölkələrində sükan arxasında mobil telefondan istifadəyə görə tətbiq edilən cərimələrin həmin ölkələrdəki orta aylıq əmək haqqına olan nisbəti göstərilib:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.