Qripdən qorunmaq üçün nə yeyək?

7-10-2024, 09:24           
Qripdən qorunmaq üçün nə yeyək?
Qripdən qorunmaq üçün güclü immun sisteminə malik olmaq vacibdir və bunu dəstəkləyən qidalar böyük rol oynayır. Foodinfo.az xəbər verir ki, C vitamini ilə zəngin qidalar (portağal, limon, qırmızı bibər) immun sistemini gücləndirir və bədəni viruslara qarşı daha dözümlü edir.Sarımsaq təbii antibakterial və antiviral xüsusiyyətlərə malikdir, bu da qripə qarşı qoruyucu təsir göstərir. Zəncəfil iltihab əleyhinə xüsusiyyətləri ilə tanınır və boğaz ağrısını, soyuqdəyməni yüngülləşdirir. Balıq xüsusilə Omega-3 turşuları ilə zəngin olan qızılbalıq immuniteti dəstəkləyir və bədəndəki iltihabı azaldır. Probiotiklər xüsusən yoqurt kimi qidalarda olur və bağırsaq florasını yaxşılaşdıraraq bədəni infeksiyalardan qoruyur.Bal isə tənəffüs yollarını təmizləyərək boğaz ağrısını və öskürəyi aradan qaldırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru