Bu ölkədə doğulan uşaqların 65 faizi nikahdankənar dünyaya gəlib - Bəs. Azərbaycanda ?

7-10-2024, 16:34           
Bu ölkədə doğulan uşaqların 65 faizi nikahdankənar dünyaya gəlib -
Osmanlının 26 gün qaldığı, uşaq dünyaya gətirmək üçün nikaha ehtiyac olmayan ölkə (VİDEO)
"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Bakıdan 5176 kilometr uzaqlıqda, Atlantik okeanının şimalında yerləşən, qeyzerlər, vulkanlar, şəlalələr və qütb işıqları ilə məşhur olan İslandiyadan bəhs olunub.
Bu ölkədə yayda belə temperatur 20 dərəcədən yuxarı qalxmır. Elə buna görə də adıçəkilən ölkəyə buzlar diyarı deyirlər.
İslandiya haqqında maraqlı məqamlardan biri də odur ki, bu ölkəni 26 gün Osmanlı imperiyası idarə edib.
1627-ci ildə adaya gələn türklər 400 nəfər islandiyalı əsir və ərzaq yüklü gəmi ilə buranı tərk ediblər. Hər halda belə soyuq ölkədə yaşamaq onlara imkansız gəlib, ya da sadəcə buraları sevməyiblər.

İndi isə İslandiyada 399 min nəfər yaşayır. Maraqlıdır ki, bu ölkədə dünyaya uşaq gətirmək üçün rəsmi olaraq nikaha girmək vacib deyil.
Burada doğulan uşaqların 65 faizi nikahdankənar dünyaya gəlib.
İslandiyalılar pasportdakı möhürə ciddi baxmırlar.
Deyirlər ki, hər şey qanunla tənzimlənirsə, buna ehtiyac yoxdur. Onsuz da ayrılanda qanun əmlakın yarı bölünməsini təmin edir. Çünki o həm rəsmi nikahda olanlar, həm də birlikdə yaşayan cütlüklərə şamil olunur.
Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru