Yoluxucu xəstəliklər "xasiyyətlərini" dəyişir: Yeni ərazilər təhlükə altında

9-10-2024, 17:35           
Yoluxucu xəstəliklər "xasiyyətlərini" dəyişir: Yeni ərazilər təhlükə altında
Yoluxucu xəstəliklər onlar üçün xarakterik olmayan ərazilərdə yayılmağa başlayır.

Vesti.ru-nun verdiyi məlumata görə, bu barədə "Rospotrebnadzor" (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) rəhbəri Anna Popova xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu, təbii, sosial və texnogen amillərin təsiri, həmçinin parazitar sistemlərə antropogen təsir nəticəsində baş verir.

"Bir çox yoluxucu xəstəliklərin epidemik prosesinin xarakteri və təzahürü aktiv şəkildə dəyişir", - deyə Popova vurğulayıb.

"Rospotrebnadzor" rəhbərinin sözlərinə görə, beynəlxalq fövqəladə vəziyyətin yaranmasının potensial təhdidlərindən biri taun ola bilər.

Qeyd edək ki, bu gün taun xəstəliyi halları Afrikanın, Asiyanın və Cənubi Amerikanın bəzi bölgələrində qeydə alınır. Lakin iqlim dəyişikliyi və digər amillər bu infeksiyanın yeni ərazilərə yayılmasına səbəb ola bilər.

Anna Popova ölkələri yoluxucu xəstəliklərin profilaktikası və monitorinqi sahələrində əməkdaşlığa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru