“Nimesil” niyə zərərlidir? – Onu nə vaxt istifadə etmək olmaz?

12-10-2024, 11:08           
“Nimesil” niyə zərərlidir? –
Ümumiyyətlə, dərmanlar və onların təsirləriylə bağlı fikirlər hər zaman müxtəlif olub.

Son vaxtlar "Nimesil" ağrıkəsicisi ilə bağlı müzakirələr artıb. Belə ki, bəzi həkimlər, o cümlədən, əczaçılar nimesili çox da tövsiyyə etmir, onun insan orqanizminə mütxəlif zərərlərinin olduğunu qeyd edirlər.

Həmçinin, sosial mediada bir əczaçının "Nimesil"i qrip üçün alanlara irad bildirdiyi video da gündəm olub. Yəni, "Nimesil"lə bağlı müzakirələr bitmir.

TEREF xəbər verir ki, həkim-farmakoloq, tibb eksperti Aydın Əliyev də Bizim.Media-ya açıqlamasında məsələyə münasibətini bildirib.

Həkim açıqlamasının əvvəlində qeyd edib ki, istənilən dərman zəhərdir, həkimlərin əlində müalicə vasitəsidir.

Nimesil əsasən nə üçün istifadə edilməlidir?

"Təbii ki, istənilən dərmanın effektivliyi, hansı orqanlara təsir etdiyi nəzərə alınmalıdır.

"Nimesil" preparatı da iltihab əleyhinə vasitədir, ağrı kəsir, tempraturu endirir, qeyri-steroid iltihab əleyhinədir"- deyə həkim bildirib".

Dərmanın zərərlərinə gəlincə, müsahibimiz vurğulayıb ki, dərmanı 12 yaşdan aşağıların istifadə etməsi məsləhətli deyil.

""Nimesil" böyrəklərdən xaric olunduğu üçün böyrək çatışmazlığı, böyrəyində xəstəlik olan insanların qəbul etməsi məsləhətli deyil, məcbur qaldıqları halda isə dozası azaldılmalıdır. "Nimesil" müxtəlif reaksiyalar verə bilər. Məsələn: tərləmə, nəfəs darlığı, qızartılar və dəridə qaşınmalar... Düzgün istifadə olunmadığı zaman isə yuxu gətirə, qusmaya, mədə ağrısına səbəb ola bilər. Əslində, bu fikirlər bütün dərmanlara aiddir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.